YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunur

Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır. Ərazilərimizin işğaldan azad edilməsi prosesində son məqamda da maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə söyləyib.

“Ağdamda Tiqranakert adlandırdıqları ərazidə qanunsuz arxeoloji qazıntılar aparırdılar. Bu qazıntılar zamanı əldə edilənlərin Ermənistana aparılması cəhdləri də var. Bu, beynəlxalq qanunların pozulmasıdır. Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni irsi talan edən də Ermənistan olub. Biz işğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrinə, xüsusən məscidlərinə vurulan zərərləri görürük, hətta məscidlərdə donuzlar saxlanılıb. Daha ətraflı araşdırmalardan sonra Ermənistanın barbar əməllərinin nəticələri bir daha özünü büruzə verəcək”, - deyə Prezidentin köməkçisi qeyd edib.