YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nüfuzlu politoloq “Arabnews”a yazıb: Azərbaycan müharibənin qalibidir

Dünya İqtisadi Forumunun məsləhətçisi, “Meyer Resources” konsaltinq şirkətinin icraçı direktoru Kornelia Meyer Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetinə “Qafqazda qaliblər və məğlublar” sərlövhəli analitik məqalə yazıb.

Müəllif Qarabağ müharibəsinin qalibinin Azərbaycan olduğunu qeyd edib. O əlavə edib ki, Azərbaycan xalqının Qələbəni sevinclə bayram etdiyi bu günlərdə ermənilər Yerevanın küçələrində Paşinyanın istefasını tələb edirlər.

Müəllif yazır ki, Qarabağa sülhməramlı qoşun hissələri göndərən Rusiyanın Cənubi Qafqaz regionunda təsirinin güclənməsi uzun illər münaqişənin nizama salınmasına biganə yanaşan Avropa İttifaqı və ABŞ üçün heç də yaxşı perspektiv vəd etmir. Türkiyəyə gəldikdə isə, K.Meyer qeyd edir ki, rəsmi Ankara öz müttəfiqi Azərbaycana dəstəyini gücləndirərək, eyni zamanda, sülhməramlı missiyada fəal iştirak edəcək.

Məqalədə ATƏT-in Minsk qrupunun müharibə günlərində fəaliyyətsiz olmasına da diqqət çəkilir. K.Meyer qeyd edir ki, müharibənin dayandırılması üzrə danışıqlarda heç bir rol oynamayan Avropa ölkələrini də məğlub hesab etmək olar. “Qarabağ və Qafqaz ərazi olaraq bizdən uzaqda yerləşir, lakin bu region strateji əhəmiyyətə malikdir. Koronavirus pandemiyasının yayıldığı və neftin qiymətlərinin aşağı düşdüyü, habelə Çinin İpək yolu və Kəmər layihələri ilə bölgədə təsirini artırdığı bir şəraitdə sözügedən regionda Avropa ölkələri və ABŞ deyil, məhz Rusiya və Türkiyənin təsiri artdı. Bu, Azərbaycan və müharibənin dayanmasında həlledici rol oynayan ölkələr üçün geosiyasi qələbədir”, - deyə müəllif vurğulayır.

K.Meyer sonda yazır ki, çətinliklə əldə olunan razılaşma ermənilərə çox baha başa gəlib və yaxın gələcəkdə Ermənistanda olduqca ağır proseslərin şahidi ola bilərik.

 

DİGƏR Xəbərlər Arxiv