YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfər tarixini yazmaqdadır

“Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda əsl qəhrəmanlıq tarixi yazır. Hazıarda şanlı ordumuz döyüş əməliyyatlarını uğurla həyata keçirir, düşməni üç onillik ərzində işğal altında qalan torpaqlarımızdan qovur. Qəhrəman əsgər və zabitlərimiz  Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfər  tarixini yazmaqdadır”. Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, hərb meydanında uğurlarla yanaşı  Azərbaycan Prezidentinin informasiya cəbhəsində tarixi nailiyyətləri də xüsusilə diqqəti cəlb edir. Dövlətimizin başçısı mütəmadi olaraq bütün dünyada yüksək populyarlığa, geniş tamaşaçı və oxucu auditoriyasına malik kütləvi informasiya vasitələrinə  ətraflı müsahibələr verərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Çox haqlı olaraq Prezident İlham Əliyevin beynəlxalq səviyyədə tanınan media qurumlarına müsahibələri master-klas nümunələri kimi dəyərləndirilir. Dövlətimizin başçısının informasiya cəbhəsində böyük fəallıq göstərərək Ermənistanın təbliğatını zəiflətməsi, qarşı tərəfin “qara piar”ının, “feyk nyus”larının əsl mahiyyətini açıb göstərməsi döyüş meydanlarında qazanılan qələbələrimiz qədər önəmlidir.
“Bildiyiniz kimi, dövlətimizin başçısı İtalyanın “La Repubblica” qəzetinə müsahibə verib. Ölkə başçısı müsahibədə Azərbaycanın ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqeyini, Dağlıq Qarabağ münaqişəsinin tarixini, düşmən təxribatına cavab verən Ordumuzun xilaskarlıq missiyası yerinə yetirdiyini, Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini və digər mühüm məqamları özünəməxsus tərzdə səbr və təmkinlə diqqətə çatdırıb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Həmin qətnamələr əslində üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qanuni bazanı şərtləndirir. Lakin Ermənistan beynəlxalq hüquqa sayğısızlıq göstərərək bu qətnamələri yerinə yetirməyib və işğalçılıq siyasətini, təxribatlarını davam etdirib. Düşmən dövlətin hərbi birləşmələri bu cür təxribatlardan birini sentyabrın 27-də daha geniş miqyasda törətdi. Belə olan halda Azərbaycanın öz Ordusunun gücündən istifadə etməkdən başqa çıxış yolu qalmadı. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Azərbaycanın gördüyü cavab tədbirləri ölkəmizi, insanlarımızı qorumaq, tarixi ədaləti və beynəlxalq hüququ təmin etmək məqsədi daşıyır. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını uğurla həyata keçirir. Beynəlxalq reytinq təşkilatlarının dəyərləndirmələrinə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Ordumuzun təchizatı yüksək səviyyədədir. Onun arsenalında düşmənin hədəflərini dəqiqliklə müəyyənləşdirməyə və məhv etməyə qadir olan silahlar var. Bu gün Azərbaycan Ordusu qabaqcıl yeniliklərdən, mükəmməl texnologiyalardan istifadə etməklə dünya hərb tarixinə yeniliklər bəxş edir. Eyni zamanda, Ordumuzun şəxsi heyətində çox yüksək döyüş ruhu var. Bu da onunla bağlıdır ki, Silahlı Qüvvələrimiz doğma torpaqlarda vuruşur, əsgər və zabitlərimizin qanı doğma torpaqlara axır. Qısa müddət ərzində müzəffər Azərbaycan Ordusu düşmən ölkənin işğal altındakı ərazilərdə qurduğu istehkamları yarmağa müvəffəq olub. İndiyədək təxminən 200 yaşayış məntəqəmiz, o cümlədən Suqovuşan, Hadrut qəsəbələri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, bir sıra strateji yüksəkliklər işğaldan təmizlənib, Azərbaycanla İran arasındakı dövlət sərhədimiz tam bərpa olunub. Artıq işğaldan təmizlənən ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ərazi bütövlüyünü tam bərpa etməyə yaxınlaşır. İnanırıq ki, tezliklə həmin tarixi günün şahidi olacağıq”,- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv