YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan sübut etdi ki, ermənilərin “məğlubedilməz ordusu” əfsanədir

    “Azərbaycanın istər informasiya müharibəsində, istərsə də döyüş meydanında qələbəsi haqqa, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən möqeyinə əsaslanır. İllərdir yalanlarını həqiqət kimi qəbul etdirməyə cəhd edən ermənilər özlərini dünyaya “yazıq, məzlum, döyülən, əzilən” millət kimi sırımağa çalışsalar da,  tarixi faktlar tələb olunanda aciz duruma düşür, müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa  səy göstərirlər. Amma bugünün reallıqları tamamilə başqa bir mənzərəni təqdim edir. Ermənistan və ona havadarlıq edən dövlətlərin 30 ilə yaxın dövrdə münaqişənin həllinə mane olmaq üçün söylədikləri yalanlar, imitasiya naminə apardıqları danışıqlar artıq Azərbaycanın səbir kasasını doldurdu,  son bir ayda davam etdirdiyi əks-hücum əməliyyatlarını dayandırmaq üçün konkret şərtini irəli sürüb bu istiqamətdə Ernənistanın  real addımlarını  gördüyü təqdirdə danışıqlar masasının arxasında oturacağını bəyan edir.  Çünki münaqişənin həlli prosesinin bugünədək uzanmasında Ermənistanla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri də böyük məsuliyyət daşıyır. Neytrallığı qorumayan dövlət vasitəçi ola bilməz. Digər tərəfdən işğalçını adı ilə çağırmaq istəməyən vasitəçi problemin həllinə necə dəstək ola bilər?” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin  sentyabrın  27-dən bugünədək  dünyanın ən aparıcı media qurumlarına, o cümlədən İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin, Ermənistanın işğalçılıq, faşist siyasətinin  beynəlxalq ictimaiyyətə açıqlanmasında əhəmiyyətli rol oynayır: “Məsələnin hüquqi tərəflərinə diqqət çəkən möhtərəm Prezidentimiz İlham Əliyev cəzasızlıq mühitinin Ermənistanın yeni ərazilər uğrunda müharibə planları hazırlamasına gətirib çıxardığını bildirir. Dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir dövrdə Ermənistanın müharibə planına uyğun olaraq hərbi-siyasi təxribatlara cəhd göstərməsi   təbii ki, cavabsız qalmayacaqdı. Azərbaycan Ordusu onlara layiq olduqları yeri göstərdi və bu gün də göstərir.”

 “Ermənistanın hərbi-siyasi rəhbərliyi istər döyüş meydanında, istərsə də diplomatiya müstəvisində məğlubiyyətlərinin məntiqə uyğun izah etmək, anlaşıla biləcək mövqe ortaya qoymaq  bacarığında deyil” söyləyən millət vəkili İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabrdan bugünədək Ermənistanin baş naziri Nikol Paşinyanın müsahibələrinə, səsləndirdiyi sərsəm bəyanatlara diqqəti yönəldərək bildirib ki, onun əsas məqsədi üçüncü tərəfləri münaqişəyə cəlb etməkdir: “Məhz buna görə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyini, onun vasitəçiliyi ilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxalq ictimaiyyətə aşılamağa çalışır. O, həmçinin bu yalanlarını yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə danışıqlarında, nüfuzlu media orqanlarına müsahibələrində, erməni xalqına müraciətlərində təkrarlamaqdan yorulmur. Möhtərəm Prezidentimiz İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində  işğalçı Ermənistanın yaydığı bu kimi  feyk xəbərlərə cavab olaraq bir daha  bildirdi ki, Türkiyə Azərbaycanın yanındadır. Bu, yalnız siyasi və mənəvi dəstəkdir. Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki,  Azərbaycan doğru iş görür.”

M.Həsənov qeyd edib ki,  Azərbaycan Ordusu bir ayda 200-dən artıq yaşayış məntəqəsini, 4 şəhəri və 3 qəsəbəni işğaldan azad etməklə gücünü, qüdrətini, malik olduğu imkanları Ermənistana göstərməklə yanaşı, illərdir formalaşdırılan “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi: “Tarix yazan Ordumuz zəfərləri ilə işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağına əminliyi artırır. Noyabrın 4-də daha 7 kənd işğaldan azad edildi. Bu uğurlarımız fonunda  Azərbaycan bu gün də beynəlxalq hüquqa söykənərək münaqişənin tezliklə  danışıqlar yolu ilə həllinə sadiqdir. Ermənistanın baş naziri Nikol Paşinyanın dünya ölkələrinin rəhbərlərinə yalvarışları, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib hərbi yardım xahiş etməsi onların hərbi məğlubiyyətlərini və Azərbaycanın qələbəsini qəbul etmələri deməkdir.”

DİGƏR Xəbərlər Arxiv