YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qələbə yürüşü davam edir, döyüş meydanında tarixi ədalət bərpa edilir. 1988-1993-cü illərdə erməni vandalları tərəfindən işğal edilmiş yaşayış məntəqələrimiz düşmən tapdağından azad olunur.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, beş ilə işğal olunmuş əzəli, əbədi torpaqlarımızın, yurd yerlərimizin erməni vandalları tərəfindən təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaratdığı ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir.

Bu gün xalqımızın böyük ruh yüksəkliyi, orduya inamı, qələbəyə əminlik hissi rəşadətli Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. Artıq hər kəs, əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə sarsılmaz Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd əsgərləri tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan birdəfəlik qovacaq, xalqımıza illərdən bəri gözlədiyi Böyük Qayıdışın sevincini yaşadacaq.

Hazırda Azərbaycanda–öz torpağımızda, dədə-baba yurdumuzda Vətən müharibəsi gedir. Müzəffər Ordumuz beynəlxalq hüquqa əsaslanıb Ermənistan tərəfindən işğal olunan ərazilərimizi azad edir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra dədə-baba torpaqlarımıza gətirilən, qonaqpərvərliyimizdən, böyük ürəyə sahib olmağımızdan istifadə edərək topraqlarımıza sahib çıxmaq istəyən erməni tör-töküntülərindən, vandallarından doğma ocağımızı, yurd yerimizi qurtarırıq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında da geniş beynəlxalq auditoriyaya çatdırır ki, ermənilər torpaqlarımıza məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən olan Qarabağda yerləşdirildi: “Onlara şərait yaradıldı. Məqsəd də aydın idi: imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və bu məqsədə, əfsuslar olsun ki, çatdılar”.

Ötən ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək, qəti fikrini bildirmişdir.

Ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır” kəlməsi ilə yağı düşmən, onların havadarları anlamışdılar ki, Azərbaycanın səbr kasası artıq daşıb, illərdir torpaqlarını əsirlikdə saxladıqları ölkə Ermənistanın fitnəkar bəyanatlarına sözlə deyil, işlə cavab verməyə qərarlıdır.

Bəli, bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil.

Qarabağ Azərbaycandır!