Xəbərlər
Türkiyə Milli Müdafiə Nazirliyi: PKK ilə əməkdaşlıq edəcək qədər aciz olan Ermənistan mülki əhaliyə qarşı qətliamlar törədir
PKK terror təşkilatı ilə əməkdaşlıq edəcək qədər aciz olan Ermənistan ordusu humanitar atəşkəsi pozaraq mülki əhaliyə qarşı qətliamlar törətməyə davam edir.
Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında yer alır.
Məlumatda, həmçinin deyilir: “Azərbaycan Ordusu cəbhədə mərdlik və qəhrəmanlıqla mübarizə apararaq 183 yaşayış məntəqəsini işğaldan azad edib və bundan sonra da edəcək”.