YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Dünya uşaq qatili ermənilərin əməllərinə susmamalıdır

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi Azərbaycan Ordusunun uğurları ilə davam edir. Müzəffər Ordumuz tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan hər cür təxribata, vəhşiliyə əl atmaqdan çəkinmir.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, hünərli, mərd əsgərlərimizlə üzbəüz döyüşdə aciz olan erməni vandalları döyüş meydanında aldıqları zərbənin heyfini dinc əhalini, qocanı, uşağı hədəfə götürməklə çıxırlar. Ən dəhşətlisi isə odur ki, gözünü qan örtən erməni vandalları körpələri, azyaşlıları qətlə yetirir, əsrlərdir davam edən vəhşi xislətlərini, uşaq qatili olduqlarını dünyaya nümayiş etdirirlər.

Son bir ay ərzində işğalçı Ermənistan ordusunun davamlı və intensiv şəkildə Azərbaycanın mülki əhalisini hədəf alması nəticəsində 10 uşaq həlak olub, 32 uşaq yaralanıb və bir neçə uşaq hər iki valideynini itirib.

Dünyanı təzəcə dərk etməyə başlayan, təzəcə çiçək açan, gecə evində mışıl-mışıl yatan, həyətində xurma toplayan, fitnə-fəsaddan uzaq fidanların, körpə balaların - Aysunun, Fidanın, Arturun, Şəhriyarın, Malikin, Elvinin, Aygünün, Farizin, Zəhranın, yüzlərlə günahsız körpənin günahı nə idi?

Qana həris düşmənlərimiz cinayətkar əməllərini dayanmadan davam etdirirlər. Dünən Ermənistan silahlı qüvvələrinin Bərdəyə atdığı qadağan olunmuş raketlər daha bir azyaşlının - 7 yaşlı Aysunun məsum gözlərinin əbədi yumulmasına səbəb oldu.

Ermənilərin uşaq qatili kimi cinayətlərindən, vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə sübutlar var. İnsani hislərdən uzaq ermənilər soydaşlarımızın başına gətirdikləri faciələri, vəhşilikləri özləri də etiraf edirlər.

Qaniçən Zori Balayan “Ruhumun dircəlişi” kitabında Xocalıda törətdikləri soyqırımında tökülən qanları ruhunun qidası adlandırır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.”

Erməni yazıçısı David Verdiyanın Xocalı müsibətləri ilə bağlı insan qanını donduran yazıları erməni qəddarlığının etirafıdır: “ Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qızın meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi.”

Xocalıda törədilmiş soyqırımında da uşaqlara qarşı vəhşiliklərdən, erməni qəddarlığından dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazır: “Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük... Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.”

Çox təəssüflər olsun ki, erməni vandallarının çinayətlərinə dünya icimaiyyəti, beynəlxalq təşkilatlar hələ də göz yumur. Hələ də Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi insanlıq dramı, müharibə cinayətləri vəhşilik, barbarlıq və terror aktları davam edir.

Uşaq məsumluğu qarşısında insan olduqlarını unudan işğalçı Ermənistan hakimiyyətinin rəhbərləri döyüş və diplomatiya meydanında ard-arda aldıqları sarsıdıcı zərbədən başlarını itirərək hərbi əməliyyatlarda 12-13 yaşlı uşaqlardan əsgər kimi istifadə etməyə başlayıblar.

Məğlubiyyətə uğradıqca azğınlaşan düşmən hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyası və "Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır” deyən I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini, BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakultativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrində təsbit olunmuş uşaq hüquqlarını ciddi şəkildə pozur.

Beynəlxalq təşkilatlar yenə də 12-13 yaşlı uşaqlardan döyüşçü kimi istifadə edərək, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qoruma hüququndan məhrum edən Ermənistanın əməllərinə səssiz qalır.

Dünya birliyi artıq hərəkətə keçməli, beynəlxalq hüquq normalarını pozan Ermənistan hökümətinin cinayətkar əməllərinə hüquqi qiymət verilməli, onları məsuliyətə cəlb etməli, erməni vəhşiliyinə “dur” deməlidir.