YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik

Bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin də canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri öz canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik. İndi yeni Ermənistanın yeni hökuməti Paşinyanın simasında bəs demirdi ki, Ermənistanı idarə edən adamlar cinayətkardır? Paşinyana qədər ölkəni 20 il idarə edənlər Qarabağda xunta başçısı olublar, iki keçmiş prezident Ermənistan rəhbərləri olublar. İkisi haqqında da cinayət işi açılıb. Onlar Qarabağda yaşayan ermənilərin qanını içiblər.

Prezident İlham Əliyev bu barədə xalqa müraciətində danışıb.

Dövlətimizin başçısı deyib: “Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o, cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə son bir ay ərzində Xocalı soyqırımını törədən cinayətkarlar artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm. Biz bu torpaqlara mütləq qayıdacağıq, hərbi-siyasi yollarla. Bu gün hərbi mərhələ başa çata bilər, bunu siyasi yollarla həll edək: azərbaycanlılar Şuşaya, Xankəndiyə qayıdır. Bütün başqa əvvəllər yaşadığımız yerlərə qayıdır. Erməni əhalisi üçün şərait yaradılır. Bir yerdə yaşamağa yavaş-yavaş öyrənməliyik, həm onlar, həm də biz”.

Prezident qeyd edib ki, məsələni belə görür. Bu yanaşma həm əxlaqa, həm beynəlxalq hüquq normalarına əsaslanır.