Xəbərlər
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə məruz qalır
Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.