YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“AITF” sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir

Aprelin 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (“AITF 2015”) keçiriləcək.
“İteca Caspian” şirkətindən bildiriblər ki, “AITF” sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən bu sahənin peşəkarlarını və qonaqları vahid meydançada bir yerə toplayır. Qafqaz regionunun aparıcı beynəlxalq sərgisi statusunu qazanan “AITF” səyahətlər, işgüzar turizm, müalicəvi və istirahət sahələrində ən son yenilikləri nümayiş etdirməklə regionda çağdaş turizm bazarının ümumi mənzərəsini göstərir.
Sərgidə hava yolları, aviadaşıyıcılar və avia-agentlər, turoperatorlar və turagentlər, iştirakçı ölkələrin milli turizm təşkilatları, mehmanxanalar, otellər şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və SPA məkanları öz xidmətlərini təklif edəcəklər.
Eyni günlərdə 9-cu Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (“HOREX Caucasus 2015”) də işə başlayacaq.
“HOREX Caucasus 2015” sərgisi turizm sənayesinin mütəxəssisləri üçün peşəkar tədbir olmaqla yanaşı, mehmanxana və restoran biznesinin aparıcı nümayəndələrinin həm dünya otel şəbəkələri, həm də kiçik mehmanxana, sanatoriya və pansionatlar, habelə supermarketlər, biznes mərkəzləri, restoran və kafelər üçün lazımi avadanlıq, ləvazimat, məhsul və xidmətlərin istehsalçıları və təchizatçıları ilə görüş yeridir.

 

DİGƏR Xəbərlər Arxiv