Xəbərlər
Mövlud Çavuşoğlu: Ermənistanın törətdiyi vəhşiliyə səssiz qalmaq bu cinayətlərə şərik olmaq deməkdir
Ermənistan müharibə cinayətləri törətməkdə, dinc əhalini qətlə yetirməkdə davam edir.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi “Twitter” hesabında bildirib.
“Uşaq-böyük demədən günahsız insanları öldürürlər. Bu vəhşiliyə səssiz qalmaq bu cinayətlərə şərik olmaq deməkdir. İnsan olmağı bacarmayanlar törətdikləri cinayətin hesabını verəcəklər. Can Azərbaycanın daim yanındayıq”, - deyə nazir qeyd edib.