Xəbərlər
Türkiyənin Ədliyyə naziri: Ermənistan terror dövləti olduğunu bir daha göstərdi
Ermənistan terror dövləti olduğunu bir daha göstərdi.
Bu sözləri Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül rəsmi Tvitter hesabında deyib.
O bildirib: “Ermənistan terror dövləti olduğunu bir daha göstərdi, dinc əhaliyə hücum edərək yenə insanlıq cinayəti törətdi. Bu alçaqlığı lənətləyirəm. Daim azərbaycanlı qardaşlarımızla birlikdəyik. Can Azərbaycan heç zaman tək qalmayacaq”.