Xəbərlər
Müdafiə Nazirliyi: Ermənistanın Azərbaycanın Su-25 təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır
Ermənistan KİV-lərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.