Xəbərlər
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin yeni tikilən obyektlərinə baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin aviabazaları ərazilərində tikinti və yenidənqurma işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi obyektlərdəki vəziyyətə baxış keçirmək, həmçinin təmir və tikinti işlərinin keyfiyyətini yoxlamaq məqsədilə nazir, general-polkovnik Zakir Həsənov yanvarın 16-da Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.
Görülən işlərdən məmnun qalan müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə fəaliyyətlərin sürətlə davam etdirilməsi barədə müvafiq göstərişlər verib.