YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir amildir

“Uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları işğal altındadır. Halbuki, BMT Təhlükəsizlik Şurası - dünyanın ən üst qurumu 4 qətnamə qəbul etmişdir ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Bu qətnamələr icra edilmir. Bu, onu göstərir ki, Ermənistan sülh istəmir və əfsuslar olsun ki, Minsk qrupu da bu işlərdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə, əfsuslar olsun ki, yoxdur. Keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın təxribat xarakterli addımları, xüsusilə işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində noyabr ayında genişmiqyaslı təlimlər keçirməsi və Azərbaycan mövqelərinə hücum çəkməsi, əlbəttə ki, Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu. Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmədi. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq.” Bu fikirləri  yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında səsləndirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir amildir və bu amili heç kim inkar edə bilməz. Ən böhranlı illərdə belə Türkiyə və Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu, deməyə əsas verir ki, gələcək illərdə də Türkiyə və Azərbaycan inkişaf edəcək və biz daha böyük tərəqqi görəcəyik.