Xəbərlər
Fərhad Məmmədov: ABŞ-ın xarici siyasəti beynəlxalq hüququn pozulması üzərində həyata keçirilir
«Faktiki olaraq Birləşmiş Ştatların xarici siyasəti beynəlxalq hüququn pozulması üzərində həyata keçirilir. Bu kontekstdə “yumşaq güc”dən xüsusilə istifadə edilir ki, burada da vətəndaş cəmiyyətləri institutları xüsusi yer tutur. ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) xüsusi olaraq fərqlənir». Bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
F.Məmmədov bildirib ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada ən böyük fövqəlgücə malik ölkəyə çevrilib. Onun sözlərinə görə, bundan sonra onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü.
«ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 25 il öncə gizli şəkildə həyata keçirdiyi siyasəti NED həyata keçirir. Rəngli inqilablar, “yumşaq güc”dən istifadə, birbaşa hərbi müdaxilələr ABŞ xarici siyasətinin əsas cizgilərini təşkil edir. ABŞ 1945-ci ildən bu günədək 40 ölkəyə hərbi müdaxilә edib. Bundan başqa, ABŞ Dağlıq Qarabağ münaqişәsinin hәllinә ikili yanaşma sәrgilәyib, separatçı – qondarma “Dağlıq Qarabağ”a yardımlar göndәrib, ATӘT- in Minsk qrupuna tәcrübәsiz diplomatlar göndәrib, 907-ci düzәlişi lәğv etmәyib»- deyə, F.Məmmədov qeyd edib.