Xəbərlər
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 4,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 2015-ci ildə 4,9 milyon manat vəsait nəzərdə tutulub.
Həmin vəsait universal poçt rabitəsi xidmətinin göstərilməsi ilə bağlı milli poçt operatoruna dəyən zərərin kompensasiya edilməsi və informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması məqsədi ilə istifadə olunacaq.
Azərbaycan Respublikasında dövlət informasiya ehtiyatları reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati tənzimlənməsi və ona nəzarətin həyata keçirilməsi məqsədi ilə 32,4 milyon manat vəsait nəzərdə tutulub.
Azərbaycana məxsus olan “Azərspace-1” telekommunikasiya peykinin orbitdə saxlanılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsi, qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 5,3 milyon manat vəsait ayrılacaq.