Xəbərlər
Ermənistan ordusu təminat baxımından ciddi problemlərlə üzləşir
Ermənistan hərbi birləşmələri Azərbaycan Ordusu bölmələrinin hücumlarının təzyiqləri altında bütün cəbhəboyu ağır itkilər verir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun hərbi birləşmələrinin öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşdiyi məlum olub.
Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.