Xəbərlər
Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının 5-ci dağ atıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.