Xəbərlər
Müdafiə Nazirliyi: Tonaşendə erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır
Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağ atıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalıb. Taborun şəxsi heyəti müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.