YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət edib

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz nazirliyə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiklərini bildiriblər.

“Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstəyinə görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır.

Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər. Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

DİGƏR Xəbərlər Arxiv