YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncənin YAP fəalları ilə növbəti görüş keçirilib

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, xüsusilə təşkil olunan qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi hər kəsdə ciddi narahatlıq doğurur.

Bu fikirlər YAP Gəncə şəhər təşkilatında partiya fəalları ilə keçirilən görüşdə səsləndirilib.

YAP Gəncə şəhəri təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək, bildirib ki, ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük uzaqgörənliyi hesabına həyata keçirilən beynəlxalq layihələr böyük geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır, beynəlxalq nüfuzumuzu daha da möhkəmləndirir, ona olan etibar və inamı daha da artırır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanın inkişafına mane olmağa çalışan ermənipərəst qüvvələrin məkrli siyasəti nəticəsində ölkəmizin tərəqqisinin üzərinə kölgə salmaq, beynəlxalq imicinə zərbə vurmaq üçün oynanılan çirkin ssenarilər, qarayaxma kampaniyaları, təxribatları baş tutan deyil. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.. Tezliklə dövlət Başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarımıza qayıdacaq, xain, mənfur düşmən tərəfindən dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Prezident İlham Əliyevin xüsusi ilə vurğuladığı kimi biz küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl tarixi adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

İclasda həmçinin partiyanın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi ilə epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlərdə yaxından və fəal iştirak etdiyi, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirdiyi diqqətə çatdırılıb. Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərlərin qarşısını almaq üçün həyata keçirilən sistemli tədbirlərin müsbət nəticə verdiyi xüsusi ilə qeyd edilib.

Daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

DİGƏR Xəbərlər Arxiv