YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurası “Qarabağ Azərbaycandır!” adlı konfrans keçirib

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı vebinar (onlayn konfrans) təşkil olunub.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadənin moderatorluğu ilə keçirilən onlayn konfransda partiyanın yerli təşkilatlarının Qadınlar Şurasının sədrləri, təhsil işçiləri və digərləri iştirak ediblər.

Millət vəkili Pərvin Kərimzadə tarix boyu, xüsusilə XX əsrin əvvəllərində ermənilərin Dağlıq Qarabağda törətdikləri soyğunçuluq və qarətlər, soydaşlarımıza qarşı həyata keçirdikləri qırğın və cinayətər haqqında ətraflı məlumat verib.

Millət vəkili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasının sessiyasındakı qətiyyətli çıxışında səsləndirdiyi “Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin artıq bir şüara çevrildiyini, ölkəmizdə milli ideya səviyyəsinə yüksəldiyini vurğulayıb.

Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, Azərbaycan Texnologiya Universitetinin prorektoru, dosent Mətanət Əhmədova, GDU-nun Tələbə Elm Cəmiyyətinin sədri, dosent Səba Namazova, ADAU-nun baş müəllimi Aytəkin Bağırova, ”Yeni Gəncə” qəzetinin baş redaktoru Hicran Məmmədova çıxış edərək, Dağlıq Qarabağ münaqişəsindən söz açıb, münaqişə ilə bağlı müxtəlif ölkələrin, eləcə də beynəlxalq təşkilatların mövqeyindən, onların münaqişənin həllinə dair qəbul etdikləri qətnamə və qərarlardan danışıblar.

Natiqlər qeyd ediblər ki, işğalçı Ermənistana, beynəlxalq birliyə ünvanlanan dövlət Başçımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” mesajı ölkəmizin qətiyyətinin, gücünün nümunəsi oldu.

Qarabağ uğrunda gedən döyüşlərdə igidlik, rəşadət göstərmiş qəhrəmanlardan, Azərbaycan ordusunun qüdrətindən danışan tədbir iştirakçıları xalqımızın iradəsindən, Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyətindən, nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmindən danışıb, qeyd ediblər ki, işğalçı Ermənistan hakimiyyətinin hüquqa zidd əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır.

Geniş diskussiya şəraitində keçən onlayn konfransda ölkə Başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət sayəsində torpaqlarımızın işğaldan azad olunacağı günün yaxında olduğu xüsusi ilə vurğulanıb.

 

DİGƏR Xəbərlər Arxiv