Xəbərlər
YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyasının pamdemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi coxşaxəli tədbirlər barəsində qısa məlumat verildi. Qeyd edildi ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərlərin qarşısını almaq üçün həyata keçirilən sistemli tədbirlər öz müsbət nəticəsini vermişdir. Yeni Azərbaycan Partiyası da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak etmiş, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirmişdir.
İclasda, həmçinin, Yeni Azərbaycan Partiyasının Binəqədi, Şəmkir və Zəngilan rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətinə dair hesabatı dinlənilmişdir.
İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyəti qənaətbəxş hesab edilmiş, onların gələcək fəaliyyətinə dair tövsiyyələr verilmişdir.
İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.