YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: İqtisadi Şuranın yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir

“Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Nəzərə alsaq ki, İqtisadi Şura yalnız pandemiya və xarici şokların təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda, fərqli sektorlarda qiymətləndirmənin aparılması, bu istiqamətdə proqram və layihələrin həyata keçirilməsini təmin edəcək”-deyə, deputatın sözlərinə görə, İqtisadi Şura investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı təkrar paket hazırlayacaq və xarici sərmayənin cəlb edilməsi üçün mövcud imkanların genişləndirilməsinə nail olacaq. Bu da ölkədə biznesin dəstəklənməsi baxımından çox vacibdir.

“Digər tərəfdən, diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, İqtisadi Şura tərəfindən sektorlardakı mövcud vəziyyətin qiymətləndirilməsi həm də təkliflərin hazırlanması baxımından çox vacib hesab olunur. Çünki vəziyyəti qiymətləndirdikdən sonra real təkliflərin hazırlanması və həyata keçirilməsi mümkündür. Digər vacib məsələ İqtisadi Şuranın ildə iki dəfə Prezident İlham Əliyevə hesabat verməsidir. Bu, həm İqtisadi Şuranın məsuliyyətliliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi baxımından önəmlidir. Bu da ondan xəbər verir ki, İqtisadi Şuranın fəaliyyəti birbaşa ölkəmizin başçısının nəzarətində olacaq”, - deyə V.Bayramov qeyd edib.