YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda koronovirusla mübarizə sahəsində mühüm tədbirlər həyata keçirilir

“Azərbaycanda koronovirusla mübarizə sahəsində mühüm tədbirlər həyata keçirilir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev xatırladıb ki, ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə koronovirusla mübarizənin kompleks şəkildə həyata keçirilməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Bu məqsədlə 3,5 mlrd. manat vəsait ayrılıb. Həmin vəsaitin böyük bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iş yerlərinin qorunub saxlanılması, məşğulluq və işsizlik problemlərinin qarşısının alınması istiqamətinə yönəlib. Bu məqsədlə əhaliyə sosial dəstək və məşğulluğun təmin olunması üçün 600 mln manat dövlət büdcəsindən vəsait ayrılıb. Bütün bu tədbirlər 4,8 mln nəfər əhalini əhatə edib. Görülən işlər nəticəsində 1 mln 660 min iş yeri və bu iş yerlərində çalışan insanların əmək haqları qorunub saxlanıldı. 2 mln vətəndaşın pensiya, müavinət, təqaüd və digər sosial ödənişləri vaxtlı vaxtında həyata keçirilib.

“Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 10 min nəfər artaraq, bütövlükdə 342 min Azərbaycan vətəndaşını əhatə edib. Yeni DOST mərkəzlərinin açılması da pandemiya dövründə böyük əhəmiyyət kəsb edir. Sosial müdafiəyə ehtiyacı olan kateqoriyaya aid insanlar, o cümlədən qaçqınlar və məcburi köçkünlərin, şəhid və Qarabağ əlillərinin, hərbçilərin mənzillə təmin olunması sahəsində də dövlət siyasəti uğurla davam etdirilir”-deyə, komitə sədri vurğulayıb.