YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Yenilənmək istəməyən müxalifət partiyaları cəmiyyətə fayda verə bilməz

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən müxalifət partiyaların sədrləri ilə görüşlər keçirilir. Hətta bəzən uzun illər siyasi aktivliyi olmayan partiyalar tapılaraq üzə çıxarılır və onlarla dialoq başladılır. Bu onu göstərir ki, ölkənin siyasi həyatında yeni ab-hava formalaşıb”. 
Bu fikirləri “Yeni Tv”-nin “Real Mənzərə” verilişində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. 
O qeyd edib ki, uzun illər siyasi dialoqun tərəfdarı olduqlarını bildirən siyasi partiyalar isə bu dialoqdan imtina ediblər: “Dialoqdan imtina edən partiyalar konstruktivlikdən uzaq olduqlarından belə addım atıblar. Görünür onlar siyasi mübarizəni dialoq formasında olmasını arzulamırlar. Çalışırlar ki, yeni açılan pəncərə qapansın. Yəni ölkədəki yeni siyasi ab-havanın pozulmasını, dialoqun inkişafının mane olmağa çalışırlar. Bu kökündən yanlış yanaşmadır. Yeni açılan pəncərədən müxalifət istifadə etməlidir”. 
Ç.Qənizadə qeyd edib ki, 25-30 il müxalifətdə olub yenilənməyən, yenilənmək istəməyən, yanaşmasında dəyişiklik etməyən partiyalar cəmiyyətə fayda verə bilməz: “Hesab edirəm ki, bu gün radikal müxalifət partiyaları gecikmədən hakimiyyət tərəfindən uzanmış əli tutmalıdır. Dialoqa getməlidir”. 
Komitə sədri vurğulayıb ki, dialoqdan imtina edən müxalifət partiyalarının sədrləri üzvlərinin hüquqlarının pozulmasına xidmət ediblər: “Bu partiyaların sədrləri üzvlərinin fikirlərini, rəylərini bilmədən bu qərarı veriblər. Bununla, əgər onlar nə zamansa iqtidara gələrlərsə, hakimiyyəti də belə təkbaşına idarə edəcəklərinin nümunəsini ortaya qoyurlar”.