YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Ermənistanın hazırkı siyasətində təxribatçılıq ön sıralardan birini tutur

"İşğalçı Ermənistanın təxribat xarakterli bəyanatlar verməsi birinci dəfə deyil. Ermənistan davamlı olaraq danışıqlar prosesini pozmağa çalışır. Yəni, gah bunu Tovuzda təxribatlar törətməklə, gah Paşinyan Qarabağa səfər etməklə, gah da müəyyən bəyanatlar səsləndirməklə bu məsələyə öz yanaşmalarını ortaya qoymuş olurlar. Təəssüf ki, Ermənistanın hazırkı siyasəti, hazırda Ermənistanda baş verənlər onu göstərir ki, burada bir məqsəd var, o da status-kvonu qorumaq və danışıqlar prosesini pozmaqdır”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, Ermənistanın hazırkı siyasətində təxribatçılıq ön sıralardan birini tutur. Onun fikrincə, burada beynəlxalq qurumların da üzərinə böyük bir vəzifə düşür. Ermənistanın bu təxribatları, bu cəhdləri beynəlxalq aləm, təşkilatlar, dövlətlər tərəfindən kifayət qədər qınanmır, ona təzyiqlər edilmir və bu da Ermənistanın bu cür təxribatları davam etdirməsi üçün bir zəmin yaradır.

Millət vəkili qeyd edib ki, nəticədə Ermənistan öz təxribatçı bəyanatlarında davam edir. Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin, baş nazirin bəyanatlarında da tez-tez görürük. Gah Qarabağın Azərbaycanın ərazisi olması barədə müxtəlif “təkzibedici” fikirlərlə çıxış edirlər, gah Qarabağ Ermənistandır deyirlər, gah da zaman-zaman müxtəlif təxribat cəhdləri törədirlər. Bir neçə gün bundan əvvəl Goranboyda da biz bunu gördük. Yəni Ermənistan diversiya qrupu Goranboyda təxribatlar törətmək istədi. Ancaq bütün bu cəhdlərin qarşısı alındı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, tarixin heç bir dövründə Azərbaycan bu qədər güclü olmayıb, Azərbaycan hazırda güclü diplomatiyasını həyata keçirir. Əvvəlki illərlə müqayisədə Azərbaycanın dünyada nüfuzu daha da artıb. Qarabağla bağlı beynəlxalq təşkilatların mövqeyi Azərbaycan tərəfindədir, Azərbaycanın yanındadır, onlar Azərbaycan ərazi bütövlüyünü tanıyırlar və zaman-zaman bu barədə fikirlərini bildirirlər. Burada Azərbaycanın xarici siyasətinin çox böyük rolu var. Azərbaycan davamlı olaraq beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrlə bu istiqamətdə danışıqlar aparır və müəyyən uğurlar qazanır. Biz əminik ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad olunacaq. Və biz yenidən öz doğma torpaqlarımıza qayıdacayıq. O gün uzaqda deyil. Yəni Ermənistanın bütün təxribatçı cəhdlərinə baxmayaraq, bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici və daxili siyasət söyləməyə əsas verir ki, biz tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik və Azərbaycan bayrağını Dağlıq Qarabağda, Şuşada, bizim digər rayonlarmızda asacağıq. Bunun üçün Azərbaycanın həm ordusu güclüdür, həm də güclü xarici siyasət həyata keçirir”.