YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Türkiyə-Azərbaycan dostluq və qardaşlığı sarsılmazdır

“Dövlətlərarası münasibətlər, əlaqələr, siyasət təkcə maraqlar, mənfəətlər, çıxarlar üzərində qurulmur, burada digər vacib məqamlar, cəhətlər də mühüm rol oynayır. Bu məqamlar, bu cəhətlər isə kök, ruh, qan, dil eyniliyinə bağlanır, onlardan ibarət olur. Bu gün Azərbaycanla qardaş-dost Türkiyə də məhz siyasətən yox, ruhən, mənən bir-birinə bağlıdırlar. Onları qan, can, ruh, kök, tarix, ortaq dəyərlər bir-birinə qırılmaz və sıx tellərlə bağlayır. Dünyada bunun ikinci bir analoqu da mümkün deyil və tapıla bilməz. Ulu Öndərimizin də müdrik kəlamında deyildiyi kimi, bizlər “Bir millət-iki dövlətik”. Həqiqətən, belədir. Bunu ötən illərin təcrübəsi, münasibətləri, yaşananları da bir daha açıq şəkildə gözlər önünə sərir. Harada Azərbaycan olubsa, orada Türkiyə olub, harada Türkiyə olubsa, orada Azərbaycan. Azərbaycanın sevinci Türkiyənin, Türkiyənin uğuru Azərbaycanın uğuru olub, Azərbaycanın kədəri Türkiyənin, Türkiyənin acısı Azərbaycanın acısı olub. Azərbaycan illərdir qardaş ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradan qanlı terrorla mücadiləsində, savaşında Türkiyənin yanında yer alıb, onu birmənalı şəkildə dəstəkləyib, qardaş Türkiyə isə 32 ildən bu yana davam edən, hələ də ədalətli həllini tapmayan Qarabağ münaqişəsinin həllində Azərbaycana var gücü ilə dəstəyini verib, onu müdafiə edib”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi  son 29 ildə  elə bir məsələ olmayıb ki, bu iki dövlət orada birgəlik, həmrəylik nümayiş etdirməsin. Bütün məsələlərdə, bütün platformalarda Azərbaycanla Türkiyə bir-birilərinin yanında, bir-birilərinə arxa-dayaq olublar. Elə götürək son iyul hadisələrini. İşğalçı və təcavüzkar Ermənistanın açıq və növbəti təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində gərginlik yaşandı. Azərbaycana yenə də ilk və birmənalı dəstəyini ifadə edən qardaş Türkiyə oldu. Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsində onu dəstəklədiyini və münaqişənin ədalətli həlli üçün istənilən dəstəyi verəcəyini bəyan etdi. Bundan cəmi bir neçə gün sonra Azərbaycanda növbəti birgə hərbi təlimlər başlandı və uğurla başa çatdı. Bütün dünya, o cümlədən, düşmənlər də bir daha gördülər ki, Azərbaycanla Türkiyə ətlə dırnaq kimidir, onları bir-birindən ayırmaq olmaz və bu, mümkün deyil. Eyni zamanda, elə bugünlərdə Azərbaycan tərəfindən Türkiyəyə böyük dəstək ifadə olundu. Yunanıstanın ölkəmizdəki yeni səfirini qəbul edən dövlət başçımız Şərqi Aralıq dənizi bölgəsində Yunanıstanla Türkiyə arasında yaşanan gərginliyə toxunaraq, birmənalı şəkildə Türkiyəyə dəstəyini ifadə etdi. “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”-deyən Azərbaycan Prezidenti qətiyyətli şəkildə bildirdi ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Çünki biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.
“Daha sonra “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”-deyən dövlət başçımız bir daha həm özünün, həm də bütövlükdə Azərbaycan cəmiyyətinin qardaş və dost Türkiyə ilə bağlı mövqeyini tam və açıq şəkildə dünyaya nümayiş etdirmiş oldu. Bununla hər kəs bir daha anlamış oldu ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar. Yaşasın, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!”, -deyə deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv