YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı regionun tərəqqisinə mühüm töhfələr verir

“Azərbaycan ilə Türkiyə arasında olan səmimi və dostluq münasibətləri beynəlxalq aləmdə nadir hadisədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Azərbaycan həmişə Türkiyə Cümhuriyyətini dəstəkləmiş və ikitərəfli əlaqələrin daha da inkişafında maraqlı olmuş, rəsmi Ankaranın hər bir addımının yanında olduğunu bildirmişdir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən bir daha açıq mövqe nümayiş etdirərək, xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ortaya qoydu, əzm və iradə nümayiş etdirdi: “Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycan Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləyir. Əlbəttə ki, bu mövqe Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın daha bir nümunəsi idi. Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına da sərt cavab verərək onu məyus etmişdi. Ölkə başçısı həmçinin Yunanıstan, Kipr və Ermənistanın birlikdə üçtərəfli format yaradaraq fəaliyyət göstərməsi, eyni zamanda Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlığın davam etdirilməsinin Azərbaycan üçün ciddi narahatlıq doğurduğunu bildirərək bütün bu məsələlərlə bağlı Yunanıstan tərəfinə açıq şəkildə ölkəmizin haqlı mövqeyini çatdırmış oldu.

Təbii ki, belə bir mövqe Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından və göründüyü kimi bu əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir. Çünki hər iki ölkə arasında olan qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi və güclənməsi üçün tərəflərin güclü iradəsi və istəyi var”.

DİGƏR Xəbərlər Arxiv