YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: İşğalçı Ermənistan davamlı olaraq təxribatlara əl atır

“Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan zaman-zaman hərbi təxribatlara əl atır, işğal altında olan torpaqlarımızla təmas xəttində, eləcə də dövlət sərhədimizdə atəşkəsi pozur, dinc əhaliyə qarşı silah işlədir. Təbii ki, mənfur düşmənin cavabı Silahlı Qüvvələrimiz tərəfindən layiqli şəkildə verilir və ermənilərin bütün təxribatları onların özlərinin acı məğlubiyyəti və çoxsaylı itkiləri ilə müşayət olunur”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan davamlı olaraq təxribatlara əl atır. Azərbaycan Ordusunun ayıq-sayıqlığı ermənilərin növbəti təxribatını da fiaskoya uğratdı və diversiya-kəşfiyyat qrupunun rəhbəri Azərbaycan Milli Ordusu tərəfindən əsir götürüldu.

Onun sözlərinə görə, ordumuzun bu şücaəti birmənalı olaraq Tovuz hadisələrində nümayiş etdirilən qəhrəmanlığın, ayıq-sayıqlığın davamıdır: “Digər tərəfdən, Ermənistanın ombudsmanı Tatoyanın guya tutulan kəşfiyyatçının hüquqlarının pozulması ilə bağlı bəyanatı olduqca gülüncdür. Tatoyan əvvəlcə Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, obyektiv olardı. Erməni ombudsman Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən vəhşiliklərdən xəbərdardır. Həqiqəti gizlətmək, yalanlar danışmaq və dünya ictimaiyyətini aldatmaq cəhdləri bütün ermənilər kimi A.Tatoyanın da əsl peşəsinə çevrilib”.