Xəbərlər
YAP Suraxanı rayon təşkilatında videokonfrans formatında tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Şura üzvlərinin iştirakı ilə videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə əvvəlcə erməni təxribatının qarşısının alınması zamanı həlak olmuş hərbçilərimizin xatirəsi yad edilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, 6 saylı Xüsusiləşmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova, 285 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk dəfə hakimiyyətə gəlməsinin 51-ci ildönümü və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması ilə əlaqədar fikirlərini bildiriblər.