Xəbərlər
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçasını təbrik edib
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Birləşmiş Krallığın dost xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xalqınıza daim rifah arzulayıram".