Xəbərlər
Sevinc Fətəliyeva: Azərbaycan beynəlxalq miqyasda koronavirus pandemiyası ilə mübarizəyə böyük töhfələr verir
“Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə bütün imkanlarını səfərbər edib. Dövlət vətəndaşların sağlamlığının qorunması üçün maksimum tədbirlər həyata keçirir. Görülən işlərin tam nəticə verməsi üçün vətəndaşlar öz məsuliyyətini dərk etməli və qaydalara ımıl etməlidirlər”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, iyunun 9-da yeni modul tipli xəstəxanaların açılışında Prezident İlham Əliyev qeyd edib ki, mənim üçün insanların sağlamlığı tərəddüdsüz olaraq birinci yerdədir. Dövlət başçısı vətəndaşların dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyini qeyd edərək bir daha insanları məsuliyyətli olmağa, nizam-intizama çağırıb. Çünki, insanların böyük əksəriyyəti sosial məsuliyyətini dərk etsələr də, müəyyən bir qism çağırışlara əməl etmir ki, bud a virusun yayılmasına səbəb olur.
Millət vəkili təəssüflə qeyd edib ki, infeksiyaının geniş yayılmasına qarşı tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edilir. Bunun səbəbi bəzi insanlar arasında arxayınlıq yaranması, onların qoruyucu vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməmələri ilə bağlıdır. Halbuki, indiyə qədər Azərbaycanın bu istiqamətəd həyata keçirdiyi tədbirlər dünya miqyasında təqdir edilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanın pandemiya ilə mübarizəsi yüksək qiymətləndirilir.
“Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışında pandemiya ilə dünya ölkələrin mübarizəsi və ölkəmizin bu sahədə əməkdaşlığı haqqında fikirlərini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, səhiyyə sistemi həmişə nümunə göstərilən inkişaf etmiş bır sıra ölkələrdə ölənlərin sayı bizdə virusa yoluxanların sayından çoxdur. Hansı ki, onların əhalisi Azərbaycanın əhalisinin sayı ilə təminən bərabərdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan beynəlxalq miqyasda öz töhfələrini verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Avropa İttifaqı isə ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə büynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi. Digər vacib məqam isə Azərbaycanın bir sıra ölkələrə yardım göstərməsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan indiyə qədər fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərib. O ölkələr ki, buna onların ehtiyacı var. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Həmin 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Bundan əlavə, Azərbaycan fərdi qaydada üç beynəlxalq təşkilata ianə verib. Beləliklə, dövlət başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Həyata keçirilən tədbirlər onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda koronavirus pandemiyası ilə mübarizəyə böyük töhfələr verir”-deyə, S.Fətəliyeva vurğulayıb.