YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP GB-nin region sədrlərinin iştirakı ilə videokonfrans formatında növbəti müşavirəsi keçirilib

Bu gün Mingəçevir və Gəncə şəhər, Goranboy, Yevlax, Qazax, Ağstafa, Samux, Daşkəsən, Göygöl, Tovuz, Şəmkir, Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin sədrləri ilə videokonfrans formatında növbəti regional müşavirəsi keçirildi.

Videokonfransda çıxış edən Milli Məclisin deputatı Ramin Məmmədov Prezident İlham Əliyevin uğurlu siyasətinin ən mühüm istiqamətlərindən biri kimi cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.

Daha sonra videokonfrans iştirakçıları hesabat dövrü ərzində fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində qurduğunu, cəmiyyətimizdə gənclərin fəallığının yüksək səviyyədə olması və milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşdiklərini, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatların Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaratdığını, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.

Sonda gənclərin təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, YAP Gənclər Birliyinin sədrləri ilə keçirilən videokonfrans silsilə xarakter daşıyır.

DİGƏR Xəbərlər Arxiv