YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov : COVİD-19 əleyhinə ermənisayağı “peyvənd”-“koronovirus inqilabı”

ELMAN NƏSİROV

AZƏRBAYCAN RESPUBIİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATI,

YENİ AZƏRBAYCAN PARTİYASI BEYNƏLXALQ ƏLAQƏLƏR

KOMİSSİYASININ KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Hər sözünün mübtədası da, xəbəri də “inqilab” olan Nikol Paşinyanın başı yenidən dərddədir. 2018-ci ilin mayında hakimiyyəti inqilabla zəbt edən, Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə debatda biyabırçı məğlubiyyətə düçar olub, çarəni  “3 mikro inqilab”da axtaran Nikol Paşinyan indi də COVİD-19  pandemiyasına qarşı mübarizədə ermənisayağı “peyvənd” ixtira edibdir. Bu “peyvənd”in adı-“koronovirus inqilabı”dır.  Hörmətli oxucu, səhv eşitmədiniz. Bəli, bu günlərdə Ermənistanın “inqilabçı” rəhbəri xalqa müraciət edərək bildirmişdir ki, “mənim çağırışım və xahişim ondan ibarətdir ki, hər biriniz fərdi məsuliyyət hissi ilə bizə kömək göstərməlidir ki, koronovirus inqilabını edə bilək. Bu, əsas mesajdır”.  El dilində desək. “bişmiş toyuğun  gülüşü”nə səbəb olan bu sayıqlamaların yaranmasının əslində ciddi motivləri vardır. Heç kəsə sirr deyildir ki, Ermənistan rəhbərliyinin ilk günlərdən başlayaraq pandemiyaya qarşı səriştəsiz, bacarıqsız və məsuliyyətsiz davranışı ucbatından bu gün bu ölkə Cənubu Qafqazın “qırmızı zonası”na çevrilmişdir. Artıq Nikol Paşinyan etiraf etməyə məcbur olmuşdur ki, işlər çox pis gedir : “koronovirusla bağlı ölkədə olduqca ağır situasiya formalaşmışdır. Biz mahiyyət etibarilə virusun ikinci dalğası ilə  üzbəüz qalmışıq”.

Ermənistanda 8 mindən artıq yoluxma faktı qeydə alınmışdır. Ölənlərin sayı 100 nəfəri ötmüşdür. Erməni ekspertlər artıq tam bədbinliyə qapınaraq bildirirlər ki, onları “İtaliya ssenarisi” gözləyir. Yənə də həmin ekspertlərin qənaətinə görə, ölkədə təxminən 50 minə qədər yoluxan insan vardır, sadəcə onların böyük bir qismi bundan xəbərsizdir və virusun inkubasiya dövrünü yaşayırlar, digər bir qismində isə xəstəlik simptomsuz keçməkdədir. Ermənistanın səhiyyə naziri Arsen Torosyan isə reanimasiya çarpayıları ilə bağlı üzüntülü statistikanı elan etməyə məcbur olmuşdur: “24 may tarixininə mövcud 186 reanimasiya çarpayısından 154-ü xəstələrin xidmətindədir və ehtiyatda yalnız 32 çarpayı vardır. Bu acınacaqlı statistika virusayoluxma hallarının kəskin artığı reallıqda Ermənistanda xəstələrin taleyin hökmünə buraxıldığı anlamını ortaya qoyur.

Ermənistanda epidemiyanın bu qədər geniş miqyas almasının səbəbi nədir? Əsas səbəb qeyri-səmərəli idarəçilikdədir. Kəskin karantin rejimi Parisdə və Nyu-Yorkda 48 gün, Milanda 53 gün çəkdi. “İnqilabı” Ermənistanda isə 19 gündə sonra məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırıldı. Ticaraət mərkəzləri və restoranlar açıldı. Ermənistanın səhiyyə naziri isə gözlənilmədən bu sahədə vəziyyəti daha qənaətbəxş olan Gürcüstanı koronovirus yoluxmaları üzrə statistikanı bilərəkdən kiçildməkdə itiiham etdi. Cavab olaraq Gürcüstan XİN-I Ermənistana nota etirazını göndərdi. Ermənistan tərəfi üzr istəməli oldu. Bu yerdə yenə xalq deyiminə müraciət etmək yerinə düşür: “utanmasan oynamağa nə var ki”.

Bələliklə, Ermənistan baş nazirinin məlum “koronovirus inqilabı” kimi cəfəng “ideya”nı orataya atdığı reallıqda Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi)  müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan  bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə  həsr olunmuş  zirvə görüşlərinin  (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə  böyük töhfə verdiyini təsdiqləyir.