YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ölkəmizdə 294 min 264 test aparılıb

Mayın 30-da Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4661 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 294 min 264-ə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstələrin sayı 1858-ə bərabərdir. Xəstələrdən 82 nəfəri reanimasiyadadır ki, onlardan da 15-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, mayın 30-da Azərbaycanda koronavirusa daha 257 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5 min 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.