Xəbərlər
Azərbaycan ərazisindəki təbii enerji resurslarının xəritəsi tərtib olunub
Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Ekoenergetika Akademiyası tərəfindən respublika ərazisində olan təbii enerji resurslarının xəritəsi tərtib edilib.
Akademiyanın prezidenti, professor Fəqan Əliyev bildirib ki, xəritə ABŞ-ın kosmik tədqiqatlar agentliyi NASA-nın köməyi ilə hazırlanıb. Xəritənin işlənməsi zamanı isə İsveçrədə yerləşən Ümumdünya metroloji stansiyaların proqramından istifadə olunub.
Xəritədə respublikanın bütün bölgələrinin enerji resurslarının göstərildiyini deyən alim əlavə edib ki, hər hansı ərazinin malik olduğu enerji mənbələrini bilmədən tikinti işlərini aparmaq mümkün deyil.
“Odur ki, sənəd bu sahədə marketinq və məlumat bazası rolunu oynayacaq,”- deyə F.Əliyev vurğulayıb.