YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı ekspert: Azərbaycan nasizmin qəhrəmanlaşdırılmasının hər hansı təzahürlərini həmişə qətiyyətlə pisləyib

“Bu günlərdə “Nasionalnaya oborona” jurnalında Azərbaycan Prezidenti İlham Əliyevin böyük müsahibəsi dərc olunub. Prezident İlham Əliyevin həmin müsahibədə rəqəmlərə istinad edir. Mən də Azərbaycan dövlətinin başçısının rəsmi mövqeyinə istinadla bildirirəm ki, Böyük Vətən müharibəsi illərində Sovet İttifaqında hasil edilən bütün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan verirdi”.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu fikirləri neft sektorunun zəhmətkeşlərinin Böyük Vətən müharibəsində Qələbəyə töhfəsi mövzusuna həsr edilmiş onlayn konfransda söyləyib. Ekspert vurğulayıb ki, İkinci Dünya müharibəsi motorların müharibəsi idi, yəni konstruktor ideyaları, sənaye texnologiyaları olmasaydı, texnika kütləvi şəkildə istehsal edilməsəydi və yanacaqla təmin olunmasaydı, ordunun döyüş imkanları da olmazdı. Müharibə ərəfəsində SSRİ-də bütün sənayesi hərbi dövrə uyğun olaraq yenidən qurulmuşdu və bu işdə neft sahəsi həlledici rol oynayırdı.

İ.Korotçenko deyib: “Tanklar, aviasiya, avtomobillər, donanma – bütün bunlar yalnız yanacaqla təchiz olunduğu halda Qızıl Ordunun döyüşçülərinin əllərində silaha çevrilə bilərdi. Və Bakı nefti bunun üçün bütün imkanları verdi. Məlumdur ki, məşhur “Molotov kokteyli”ni Azərbaycan alimi ixtira etdi. Azərbaycan bizim ümumi Qələbəmizə çox böyük töhfə verib. Azərbaycan olmasaydı, Bakı nefti olmasaydı Qələbə sadəcə qeyri-mümkün olardı”.

Ekspertin sözlərinə görə, Qafqaz uğrunda döyüş 1942-1943-cü illərin ən mühüm hadisəsi idi, həmin dövrdə sovet tərəfinin hədəfi Vermaxt qüvvələrinin Qafqaza soxulmasına yol verməməkdən ibarət idi. O deyib: “Hitlerin əsas strateji məqsədi – Azərbaycanı, Bakını tutmaq, Sovet Azərbaycanının neft mədənlərini Hitler Almaniyasının nəzarəti altına keçirmək idi. Bu niyyət baş tutmadı. Abver xətti ilə, Almaniyanın başqa xüsusi xidmət orqanlarının xətti ilə Azərbaycana çoxsaylı təxribat qrupları göndərilirdi. Mən Azərbaycan SSR-in dövlət təhlükəsizliyi orqanlarının əla işini xüsusi qeyd etmək istərdim. Onlar respublikanın ərazisində heç bir ciddi terror aktı törədilməsinə imkan verməyib və beləliklə, bizim ümumi qələbəmizə müəyyən töhfə veriblər”.

İqor Korotçenko dana sonra bildirib ki, bu gün Azərbaycan neft sərvətlərini artırır, neftçıxarma və neft emalı sənayesini inkişaf etdirir: "Azərbaycan dünyada strateji sabitliyə və enerji sabitliyinə həlledici töhfə verir. Rusiya Azərbaycana postsovet məkanında özünün həmişə dəqiq, aydın və anlaşılan siyasət yürüdən strateji əhəmiyyətli tərəfdaşı kimi baxır. Azərbaycan dünyada və postsovet məkanında nasizmin qəhrəmanlaşdırılmasının hər hansı təzahürlərini həmişə qətiyyətlə pisləyib. Bu səbəbdən biz Böyük Vətən müharibəsi ilə bağlı xatirələrin qorunmasına yönəlmiş dəqiq və ardıcıl siyasətə görə bütün Rusiya xalqı adından Azərbaycana, onun Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk. Biz buna görə, sabitliyin və əlbəttə, Rusiya ilə dostluğun möhkəmlədilməsi üçün Azərbaycanın göstərdiyi səylərə görə Azərbaycan xalqına və onun Prezidentinə təşəkkür edirik”.