YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatının Qadınlar Şurasının üzvləri faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə rayonda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarını təbrik edib


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurası faşizm  üzərində qələbənin 75-ci ildönümü münasibətilə Pirallahı rayonunda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarını təbrik edərək, onlara yardımlar vermişdir.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirdi ki, II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının xüsusi rolu olub. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək fəal iştirak edib. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilib. Böyük Vətən mübaribəsi illərində faşizmə qarşı mərdliklə döyüşən Azərbaycan oğulları və qızları öz hünərləri ilə əbədi qəhrəmanlıq dastanı yaradıblar. 

H. Şikarov həmçinin, bildirib ki, Böyük Vətən Müharibəsi iştirakçılarına böyük diqqət və qayğının göstərilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Məhz Ümummilli Liderin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb.

Bu gün veteranlara qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb, müharibə veteranları Prezident təqaüdünə layiq görülüb.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva qeyd etdi ki, Böyük Vətən Müharibəsində döyüşən Azərbaycan oğul və qızlarının qəhrəmanlıq səlnaməsi müasir  dövrdə Azərbaycan əsgərinə ruh yüksəkliyi verir.  Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun maddi-texniki bazası ən müasir hazırlıq səviyyəsinə qaldırılıb. Ordumuzun 2016-cı ilin aprel döyüşlərindəki uğurları bunu bir daha təsdiq edir.

Pirallahı rayonunda yaşayan Böyük Vətən Müharibəsi veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.