YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Azərbaycan dövləti çevik, dinamik və adekvat xarici siyasət reallaşdırmaqdadır

“Azərbaycan dövləti sülh və əminamanlıq, barış, beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurulumuş və beynəlxalq hüquq normalarına cavab verən çevik, dinamik və adekvat xarici siyasət reallaşdırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyəti və şəxsi nüfuzu sayəsində bu siyasət davamlı və dayanlqlı şəkildə həyata keçirilməkdədir”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, qlobal çağırışlar qarşısında qlobal gücləri birləşdirmək, əməli addımlar atmaq, həmrəylik və qarşılıqlı dəstək kimi önəmli amilləri reallışdırmaq yalnız qlobal liderlərə xas olur. Koronovirusla mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən siyasət ölkə rəhbərinin məhz qlobal düşüncəyə, bu düşüncəni əməli addımlarla həyata keçirtmək üçün cəsarət və milli təfəkkürə sahib olmasını bir daha sərgilədi.

“Son bir ayda həyata keçirilən və mahiyyət etibari ilə böyük önəm daşıyan beynəlxalq tədbirlər qeyd olunan fikrin aydın təzahürüdür. Birincisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirusla mübarizəyə həsr edilmiş fövqəladə Zirvə toplantısı,ikincisi isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVİD-19 mübarizədə birlikdəyik” adlı Zirvə toplantısıdır. Hər iki möhtəbər tədbir möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə baş tutmuşdur. İştirakçılar arasında BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş Katibi, Afrika İttifaqının Komissiyasının sədri, müxtəlif regionları təmsil edən ölkə rəhbərlərinin olması, eyni zamanda BMT Baş Katibinin və Avropa İttifaqının Ali nümayəndəsinin video müraciətləri həm qlobal çağırışlara qarşı Azərbaycanın sədrliyi ilə həmrəyliyinin sərgiləməsinin, eyni zamanda cənab İlham Əliyevin qlobal çətinliklərə qlobal yanaşmasının bariz göstəricisidir. Azərbaycan vətəndaşlarının sağlamlığını və onların sosial müdafiəsini prioritet istiqamət elan edən ölkə rəhbəri daha geniş miqyaslı təşəbüsslərlə dünya ictimaiyyətinə müraciət etmişdir. Belə ki, 9 aprel tarixində Qoşulmama Hərəkatının “Ümümdünya Səhiyyə Təkilatı və onun Baş direktoruna dəstək” adlı bəyanatını xüsusi qeyd etmək lazımdır. Digər mühüm uğur Azərbaycanın təklifi əsasında tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım görtərilməsi məqsədi ilə Qoşulmama Hərəkatının İşçi Qrupu üzv ölkələrin humanitar və tibbi ehtiyaclarının vahid məlumat bazasının yaradılmasıdır”­-deyə, deputat söyləyib.

R.Məmmədov qeyd edib ki, Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın ən böyük beynəlxalq təsisatı sayılan Birləşmiş Millətlər Təşkilatı Assambleyasının COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökümət başçılarının iştirakı ilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi bir daha onun qlobal çağırışlara qlobal yanaşmasının mövcudluğunu göstərdi.