YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz də yeni iş formatına, yeni həyat formatına, özünütəcrid rejiminə tədricən alışırıq

Bir sıra siyasi və ictimai xadimlər, həmçinin geniş beynəlxalq ictimaiyyət qeyd edir ki, dünya başqalaşacaq və artıq başqalaşıb. Biz də yeni iş formatına, yeni həyat formatına, özünütəcrid rejiminə tədricən alışırıq.

Bu fikirləri Prezident İlham Əliyev TASS agentliyinə müsahibəsində postpandemiya dövründə dünyanı necə təsəvvür etdiyi barədə sualı cavablandırarkən bildirib.

Sərt karantin şəraitinin insanların çoxunun həyat tərzinə və psixoloji vəziyyətinə ciddi təsir göstərdiyini qeyd edən Prezident deyib: “Biz yaxşı başa düşürük ki, həftələrlə evdə oturmaq, evdən çıxmamaq fəal həyat tərzinə, fəal işləməyə adət etmiş insanlar üçün çox ciddi sınaqdır. Bəli, mən qeyd etdim ki, işini itirənlər üçün vəsait ödəyirik. Axı, onlar üçün motivasiya təkcə əməkhaqqı deyildi. İnsanlar əslində, sevimli işindən məhrum olublar və əlbəttə ki, bu da onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Buna görə dünyanın gələcəkdə necə olacağını güman etmək çətindir”.

Prezidentin fikrincə, koronavirus üzərində qələbədən sonra sırf işçi baxımdan, psixoloji baxımdan bu vəziyyətdən çıxmaq üçün hələ uzun müddət lazım gələcək. “Bunun nə qədər davam edəcəyini demək çox çətindir. Lakin mənim fikrimcə, əsas məqam, o cümlədən beynəlxalq siyasət məsələlərində əməkdaşlığın müsbət təcrübəsini qoruyub saxlamaqdır ki, bu müvəqqəti ayrılıq ölkələri bir-birindən ayırmasın. Biz dialoqu davam etdirək, videokonfrans formatında işləyək. Yeri gəlmişkən, mən həmkarlarımla videokonfrans formatında bir neçə görüş keçirmişəm. Əlbəttə, forma fərqli olacaq, lakin əsas məsələ müsbət məzmunu saxlamaq və pandemiya nəticəsində gördüyümüz müsbət məqamların sayını artırmaqdır. Ola bilsin, bunlar hələ ilk təzahürlərdir, lakin həmrəylik, hətta münasibətləri gərgin olan ölkələr arasında da əməkdaşlıq elementləri görünür”, - deyə dövlətimizin başçısı qeyd edib.