Xəbərlər
Mahmud Vaezi: İran, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirmək təşəbbüsünü yüksək qiymətləndirir
İran, Azərbaycan Prezidenti İlham Əliyevin qlobal COVID-19 problemi ilə əlaqədar Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirmək təşəbbüsünü yüksək qiymətləndirir. Bu zirvə görüşü hərəkat üzvlərinin koronavirusa qarşı mübarizənin koordinasiyalı şəkildə aparılmasına təkan verdi. Bu, çox vacib məsələdir. Dövlətlər birləşərək koronavirusa qalib gələr və pandemiyadan sui-istifadə edənlərin qarşısını alar.
Bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, səhiyyə sahəsində hər iki dövlətin əməkdaşlıq əlaqələri mövcuddur və bu əməkdaşlıqdan da koronavirusa qarşı mübarizədə istifadə etmək lazımdır.
Rəsmi Tehranla Bakı arasında iqtisadi əlaqələrə toxunan M. Vaezi bildirib ki, qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, iki qonşu və dost ölkənin iqtisadi əməkdaşlığının böyük perspektivi var.