Xəbərlər
Azərbaycan və Qırğızıstan Xarici İşlər nazirlərinin telefon danışığı olub
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumata görə, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Nazirlər mövcud vəziyyətə toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı Azərbaycan və Qırğızıstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.