YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağalar Vəliyev: Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər həm cari, həm də postkoronavirus dövründə sahibkarlıq subyektlərinin normal fəaliyyətinin təmin edilməsinə xidmət edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 27-də keçirilən növbəti iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Müzakirələrdə çıxış edən deputat Ağalar Vəliyev qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq sərancamı ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin edilməsi məqsədi daşıyan qanun layihəsi mahiyyəti və aktuallığı baxımından mühüm əhəmiyyət kəsb edir: “Hazırda bütün dünyanı bürüyən və bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri tədbirlər görülür. Eyni zamanda pandemiyadan irəli gələn dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azadılması üçün qabaqlayıcı preventiv işlər həyata keçirilir”.

Millət vəkili vurğulayıb ki, məhz bu ciddi addımların nəticəsidir ki, hazırda ölkəmizdə vəziyyət tam nəzarət altındadır və pandemiya ilə mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır. Cənab Prezidentin uğurlu dövlət siyasəti sayəsində son 17 il ərzində Azərbaycanda yaradılmış güclü sosial-iqtisadi potensial koronavirus bəlasından daha az itkilərlə çıxmağa imkan verir.

Deputat bildirib ki, zaman kəsiyi baxımından çox qısa müddətdə reallaşdırılan, qeyri-dövlət sektorunda çalışanların işsizlik risklərinin qarşısının alınması, işsizliyə görə sığorta ödənişlərinin artırılması, özünüməşqulluq proqramının genişləndirilməsi və digər məsələləri əhatə edən əhaliyə sosial dəstək paketinin maliyyə tututmu 3 milyard manatdan çoxdur. Heç şübhəsiz ki, cəmiyyətimizin bütün təbəqələrinin və qurumlarının bu tədbirlərə dəstək verməsi xalqımızın birliyinin, həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir.

A.Vəliyev pandemiya ilə kompleks mübarizə tədbirləri kontekstində “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini dövlət başçısının 19 mart 2020-ci il tarixli müvafiq sərəncamının tələblərinin icrası kimi dəyərləndirib. Qanun layihəsinin ana xəttini məlum səbəblərdən zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi təşkil edir. Dəyişikliklərə əsasən bir sıra vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə olunan mənfəət üzrə 75 faiz, sadələşdirilmiş vergi odəyicisi olan bəzi subyektlərə isə 50 faiz vergi güzəştlərinin tətbiq olunması fikirimcə müsbət məqamlar kimi səciyyələndirilməlidir.

Eyni zamanda, layihədə nəzərdə tututlan həssas sahibkarlıq qrupları üçün daşınmaz əmlakın icarəsi üzrə vergi dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, onların bir il müddətinə cari vergi ödəmələrindən azad edilməsi, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinə ödənilməmiş vergi, məcburi sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının gələn ilin yanvarın 1-dək təxirə salınması xüsusi vurğulanmalıdır. Qanun layihəsində diqqət çəkən məqamlardan biri də mikrosahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, cari ilin iki rübü üzrə vergi hesabatının, mənfəət və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə bu ilin sentyabrın 1-dək vergi tətilinin tətbiq edilməsidir.

Bütün sahibkarlıq subyektlərinin zəruri profilaktik tədbirlərə çəkilmiş xərclərinin gəlirlərindən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün lazım olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi olduqca əhəmiyyətli aspektlər kimi xarakterizə olunmalıdır.

Deputat A.Vəliyev Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklərin həm cari, həm də postkoronavirus dövründə sahibkarlıq subyektlərinin normal fəaliyyətinin, əlverişli biznes mühütünin qorunub saxlanmasının və iqtisadiyyatın davamlı inkişafının təmin olunmasına xidmət edəcəyini bildirib.