Xəbərlər
Vüqar Rəhimzadə: Əli Kərimli və ətrafı xalqına qənim kəsilmiş, xain çıxmış insanlardır (VİDEO)
“Vətəndaşları qorumaq Azərbaycanın dövlət siyasətinin ana xəttini təşkil edir. Bunun nəticəsidir ki, ölkədə koronavirus pandemiyasının vurduğu zərərlər digər ölkələrlə müqayisədə daha azdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Yeni Tv”-nin efirində səsləndirib.
V.Rəhimzadə vurğulayıb ki, ölkədə görülən müsbət işlərə qarayaxanların azərbaycanlı adını daşımağa mənəvi haqları yoxdur: “Bu insanlar üçün dövlət, xalq, millət məfhumu yoxdur. Onlar manqurtlaşmışıblar. Hesab edirəm ki, Əli Kərimli və onun kimilərinin azərbaycanlı adını daşımağa mənəvi haqqı yoxdur. Bunu onların özləri də çox yaxşı bilirlər”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Əli Kərimli və ətrafındakı yarıtmz insanlar hakimiyyətdə olduqları bir il ərzində vətəndaşların başına gətirdikləri müsibətlər və faciələr heç vaxt unudulmayacaq.