YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən:Növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir

"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir. Humanizm prinsipləri Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanda dövlət siyasəti kimi müəyyənləşdirilib. Bu gün dövlətimizin başçısı bu siyasəti layiqincə davam etdirir". Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

R. Həsən bildirib ki, Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onun sözlərinə görə, əfv sərəncamı koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub.
Millət vəkilinin fikrincə, bu humanist addım xalqımızın əsrlərdən ötüb gələn mənəvi dəyərlərini özündə təcəssüm etdirir. İnanırıq ki, əfv olunan şəxslər də dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxaracaqlar.
"Sayca 34-cü olan hazırkı əfv sərəncamı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürüdür. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, indiyə kimi 4871 şəxs əfv edilib.  Prezident İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları bütövlükdə 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub"-deyən R. Həsən ölkəmizdə milli maraqlarımıza uyğun həyata keçirilən dövlət siyasətinə radikal müxalifətin kölgə salmağa cəhd göstərdiyini də söyləyib.
"Bu gün bütün dünyada, o cümlədən ölkəmizdə koronovirus bəlasına qarşı ciddi mübarizə aparılır. Xüsusilə, Azərbaycanda dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımlar, verilən qərarlar beynəlxalq müstəvidə çox yüksək qiymətləndirilir. Pandemiyanın vura biləcəyi zərərin qarşısının alınması üçün hökumət tərəfindən dəstək proqramlarının qəbul edilməsi, bu məqsədlə 2.5 milyard manat vəsaitin ayrılması, bu proqramların yüzminlərlə insanı əhatə etməsi onu göstərir ki, dövlətimiz hər zaman öz vətəndaşının yanındadır. Üstəlik, dövlət başçısı tərəfindən növbəti əfv sərəncamının imzalanması da cəmiyyətdə boyük rəğbətlə qarşılanır. Belə olan halda, radikal müxalifətin, "5-ci kolon"un dövlətimizin həyata keçirdiyi uğurlu siyasətə kölgə salmaq cəhdləri tam iflasa məhkumdur. Azərbaycanda xalqın öz Prezidentinə inamı sarsılmazdır və bu inamı heç kim poza bilməz" - deyə, millət vəkili vurğulayıb.Ramil Həsən:Növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir

"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir. Humanizm prinsipləri Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanda dövlət siyasəti kimi müəyyənləşdirilib. Bu gün dövlətimizin başçısı bu siyasəti layiqincə davam etdirir". Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.
R. Həsən bildirib ki, Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onun sözlərinə görə, əfv sərəncamı koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub.
Millət vəkilinin fikrincə, bu humanist addım xalqımızın əsrlərdən ötüb gələn mənəvi dəyərlərini özündə təcəssüm etdirir. İnanırıq ki, əfv olunan şəxslər də dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxaracaqlar.
"Sayca 34-cü olan hazırkı əfv sərəncamı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürüdür. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, indiyə kimi 4871 şəxs əfv edilib.  Prezident İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları bütövlükdə 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub"-deyən R. Həsən ölkəmizdə milli maraqlarımıza uyğun həyata keçirilən dövlət siyasətinə radikal müxalifətin kölgə salmağa cəhd göstərdiyini də söyləyib.
"Bu gün bütün dünyada, o cümlədən ölkəmizdə koronovirus bəlasına qarşı ciddi mübarizə aparılır. Xüsusilə, Azərbaycanda dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımlar, verilən qərarlar beynəlxalq müstəvidə çox yüksək qiymətləndirilir. Pandemiyanın vura biləcəyi zərərin qarşısının alınması üçün hökumət tərəfindən dəstək proqramlarının qəbul edilməsi, bu məqsədlə 2.5 milyard manat vəsaitin ayrılması, bu proqramların yüzminlərlə insanı əhatə etməsi onu göstərir ki, dövlətimiz hər zaman öz vətəndaşının yanındadır. Üstəlik, dövlət başçısı tərəfindən növbəti əfv sərəncamının imzalanması da cəmiyyətdə boyük rəğbətlə qarşılanır. Belə olan halda, radikal müxalifətin, "5-ci kolon"un dövlətimizin həyata keçirdiyi uğurlu siyasətə kölgə salmaq cəhdləri tam iflasa məhkumdur. Azərbaycanda xalqın öz Prezidentinə inamı sarsılmazdır və bu inamı heç kim poza bilməz" - deyə, millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv