YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Prezident İlham Əliyevin çıxışı həm parlament, həm də bütün cəmiyyət üçün yol xəritəsi idi

“VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı həm parlament, həm də bütün cəmiyyət üçün yol xəritəsi idi”. Bu fikri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki,  cənab Prezidentin geniş nitqi eyni zamanda bir çox beynəlxalq təşkilatlara, hələ də ölkəmizə qarşıikili standartlar tətbiq edənlərə bir mesaj idi: “Ölkə başçısı çıxışı zamanı bildirdi ki, Milli Məclisin yeni tərkibi parlamentin ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyini deməyə əsas verir. Bununla yanaşı, ölkə rəhbəri Milli Məclisin yeni tərkibinə onların beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələri, qanunlar qəbul olunarkən, iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınması ilə bağlı fikirlərini çatdırdı”.

Millət vəkili qeyd edib ki, dövlət başçısının  Milli Məclisdəki çıxışı islahatlar yoluna qədəm qoymuş Azərbaycanın hər bir vətəndaşına, hər qarış torpağına cənab Prezidentin  ehtiramının, məhəbbətinin və qayğısının daha bir parlaq nümunəsi idi: “Bu çıxış daha möhkəm vətəndaş cəmiyyətinin qurulması, xalq və dövlət münasibətlərinin inkişafının daha da dərinləşdirilməsi üçün atılmalı olan addımların məcmusu idi”.