Xəbərlər
Əhliman Əmiraslanov: Dövlət tərəfindən göstərilən qayğı nəticəsində elm sahəsi inkişaf edir
«Azərbaycanda elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradılıb». Bu fikri akademik Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, dövlətimizin başçısı hər zaman elmin inkişafı ilə əlaqədar dəyərli tövsiyələrini verir.
«Dövlət tərəfindən göstərilən qayğı nəticəsində elm sahəsi inkişaf edir. Bu inkişaf elmin bütün sahələrində özünü göstərir. Bu baxımdan, tibb elmində də ciddi nailiyyətlər əldə olunur»- deyə, Ə.Əmiraslanov vurğulayıb.