Xəbərlər
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən ən çox Türkiyəyə məhsul göndərib
Yanvarda Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sırasında ilk üçlükdə Türkiyə, Tunis və Qazaxıstan qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 122,7 milyon dollar, Tunisə 93,2 milyon dollar, Qazaxıstana isə 2 milyon dollar olub.
Ötən ilin müvafiq ayına nisbətən Türkiyəyə ixracın dəyərində azalma, Tunis və Qazaxıstanda isə artım müşahidə edilib.